Düşmən ordusu hərbi texnikanı qoyub qaçır- 100-dən çox itkisi var

Düşmən ordusu hərbi texnikanı qoyub qaçır- 100-dən çox itkisi var

                             Azərbaycan ordusu 12 şəhid verdi

Xəbər verdiyimiz kimi erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik, hələ də, davam edir.

Ermənistanın kütləvi informasiya vasitələrində və xüsusilə də sosial şəbəkələrdə "Azərbaycanın cəbhə bölgəsinə yaxın kəndlərindən əhali çıxarılır, sakinlər yaşayış məntəqələrini təşviş içində tərk edirlər" tipli dezinformasiyalar, yalanlar yayılır. Əslində vəziyyət necədir?

Miq.az-ın Tərtər, Ağdam, Füzuli rayonlarındakı sakinlərdən aldığı məlumata görə, xəbərlərin yalan olduğu, heç bir təşvişin yaşanmadığı bildirilir. "Azərbaycan əsgərinə güvənirik və biz həmişəki kimi öz yerimizdəyik"  deyən yerli sakinlər Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli cavabından da qürur hissi keçirdiklərini bildirdilər.

                            Düşmən texnikasını döyüş meydanında qoyub qacır

Cəbhə bölgəsindən aldığımız məlumata görə, düşmən indiyə kimi bu qədər müqavimət və əsgər itkisi ilə qarşılaşmamışdı. Aldığımız məlumata görə, Tərtər, Ağdam və Ağdərə istiqamətində düşmən ordusu hərbi texnikasını qoyub qaçır. Dünən düşmənin nəzarətində olan bəzi səngər və müşahidə məntəqələri bu gün tam boşalaraq Azərbaycan hərbçilərinin nəzarətinə keçib. Bu barədə Ermənistan mətbuatı da məlumat verib. Belə ki, Ermənistan KİV-in məlumatına görə, Azərbaycan tərəfi Seysulan və Talış yaşayış məntəqələrini, eləcə də Talış kəndi ətrafındakı yüksəkliklərdə nəzarəti ələ keçirib.
Eyni zamanda, Ermənistan tərəfi çoxlu itki verir. Mənbələrin məlumatına görə, ermənilərin 6 tankı və təxminən 12-15 artilleriya sistemi məhv edilib, 100-dən çox adam öldürülüb.


                            Azərbaycan Ordusunda əhval-ruhiyyə yüksəkdir

"Təşviş yoxdur. Silahlı qüvvələrimiz öz mövqelirəndən bir addım da geri çəkilmirlər. Əksinə, ordumuz sərəncamında olan silah və texnika ilə düşmənə layiqli cavab verir. Düşmənə elə güclü zərbələr vurulur ki, onlar mövqelərini qoyub qaçırlar. Hazırda düşmən sıralarında pərakəndəlik, qorxu və təşviş müşahidə olunur. Cavab zərbələri nəticəsində ermənilərin sıralarında ölənlər və yaralıların olduğu istisna edilmir. 

Bu açıqlama Azərbaycan Müdafiə Nazirlinin rəsmisi tərəfindən verirlib.

                         Murovdağda erməni əsgərləri qar uçqununa düşüb

Miq.az-a daxil olan məlumata görə döyüş mövqelərini qoyub qaçan erməni əsgərləri arasında təşviş Murovdağda da müşahidə olunub. Belə ki, Murovdağ yüksəkliyində dəniz səviyyəsindən 3500 metr hündürlükdə olan N saylı postumuzla üzbəüz dayanan erməni əsgərləri səngərləri atıb qacaraq müdafiə rayonunu tərk ediblər. Hərbi texnikanın qalxa bilmədiyi bu ərazidən qaçan erməni əsgərlərindən 33 nəfəri Murovdağda qar uçqununa düşüb. Erməni tərəfi qar uçqunu altında qalmış əsgərlərini axtarsalar da meyitlərini hələ də tapa bilməyiblər. Xatırladaq ki, bu xəbəri Ermənistan Müdafiə Nazirliyi ictimaiyyətdən gizlədir.

                                   Dağlıq Qarabağda rabitə əlaqəsi kəsilib

Ermənistan Müdafiə Nazirliyi döyüş meydanından qorxusundan qaçan əsgərlərinin ölkə ictimaiyyətini vahiməyə salmamaq üçün Qarabağla Yerevan arasındakı rabitə xətlərinin çoxunu kəsib. Hətta bəzi yerlərdə mobil operatorların fəaliyyəti iflic vəziyyətə düşüb.

Ordumuz bir neçə yüksəkliyi və Seysulan məntəqəsini ələ keçirdi - 12 şəhid verdik

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az