Düşmən təmas xəttinə yaxın olan ərazilərə atəş açır -Cəbhə bölgəsi
Qoşunların təmas xəttinə yaxın olan ərazilər düşmənin atəşinə məruz qalır
Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini ciddi surətdə pozur. Bunu Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, qoşunların təmas xəttinə yaxın olan ərazilər intensiv sürətdə ermənilər tərəfindən atəşə məruz qalır.
V.Dərgahlı əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verir, onların mövqelərinə zərbələr endirir.
Miq.az