Dövlət sərhədini pozmağa cəhd edən silahlı zərərsizləşdirildi

Dövlət sərhədini pozmağa cəhd edən silahlı zərərsizləşdirildi
Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
Qusar rayon prokurorluğundan Miq.az-a verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az