Əbədiyaşar sənətkarın vəfatından 5 il ötür

Əbədiyaşar sənətkarın vəfatından 5 il ötür
Bu gün uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edən xalq artisti Yaşar Nurinin ölümündən beş il ötür.

Miq.az xəbər verir ki, Azərbaycan səhnəsinin ölməz aktyoru itirməsinə baxmayaraq, qəlblərdə əbədiYaşar bir insan olaraq hər il sevənləri tərəfindən anılır. Onun əbədiyaşarlığı, Azərbaycan teatr və kino sənəti üçün əvəzsizliyi, milyonların qəlbində kök salmış məhəbbəti, sənətə və onu yaradıb-yaşadan xalqa tükənməz sevgisi barədə istər sağlığında, istərsə də bu dünyadan cismani ayrılığından sonra dönə-dönə danışılır.
Qeyd edək ki, Yaşar Nuri 2012-ci il noyabrın 22-də vəfat edib. 2-ci fəxri xiyabanda dəfn olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az