Yaraqlıların Qroznıya qəfil hücumundan sonra Çeçenistanda naməlum maskalılar yaraqlıların və onların qohumlarının evlərinə od vurmağa başlayıb.
Vətəninfo.az xəbər verir ki, bu, Çeçenistan rəhbəri Ramzan Kadırovun terrorçuların evlərinin dağıdılacağı barədə xəbərdarlığından sonra baş verir.
“Əgər Çeçenistanda yaraqlı polis əməkdaşını və ya başqa adamı qətlə yetirirsə, onun ailəsi dərhal Çeçenistandan qovulacaq, evi fundamentindən söküləcək” - deyə Kadırov bildirib.
“Kavkazskiy uzel” xəbər verir ki, maskalılar azı 4 evi yandırıb. Belə hadisələrdən biri Açxoy-Martan rayonunda baş verib. 14 maşınla gələn maskalılar yaraqlıların qohumlarının evlərinə soxulub və sakinləri çölə çıxarandan sonra tikililərə od vurublar.
Yandırılan evlərdən birinə partlayıcı da qoyulub. Qonşular bildiriblər ki, maskalılar yanğını söndürməyə imkan verməyiblər.
Onların Çeçenistanın güc strukturlarının əməkdaşları olduğu təxmin edilir.
“Dekabrın 7-də kəndə bir qrup maskalı adam gəldi. Onlar heç bir izahat vermədən ailələri evdən qovdular və evə od vurdular. Gələnlər ancaq evlər tamam yanıb qurtarandan sonra kəndi tərk etdilər” - deyə Açxoy-Martan rayonunun sakinləri bildirib.
Sakinlərdən biri evlərin necə yandırıldğını göstərən videokadrları YouTube-də yerləşdirib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib