"Əgər neftin qiyməti enərsə..." - Samir Şərifov

"Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb".

Miq.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.

O bildirib ki, cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəltmişik: "Növbəti il biz bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti enərsə, mənfi  təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”.
 
****
 
Dövlət bütün sahələri maliyyələşdirə bilməz - Nazir
"Bütün istiqamətlərə vəsaitin ayrılması mümkün deyil”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.

"Ölkəmizin tarixində bu səviyyədə xərclər büdcəsi olmayıb. 2021-ci illə müqayisədə növbəti il üçün təklif olunan dövlət büdcəsinin xərclər səviyyəsi 50% artım deməkdir. Bu kifayət qədər qısa müddət ərzində təsirli addımdır. Şübhəsiz ki, bütün istiqamətlərə vəsaitin ayrılması imkanımız olsa, dövlət bunu edərdi. Dünyanın ən varlı dövlətlərində də bu mümkün deyil. Ona görə çalışırıq ki, bütün istiqamətlərə imkan daxilində büdcə layihəsi təqdim edilsin", - deyə nazir bildirib.

O qeyd edib ki, idmana da kifayət qədər vəsait ayrılıb: "Növbəti ildə MDB-yə daxil olan dövlətlərin idman yarışları keçiriləcək. Buna da xüsusi vəsait ayrılıb. Son illər ərzində idmana vəsait ayrılması baş verir. Dövlət bütün sahələri maliyyələşdirə bilməz”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az