Əhalinin banklardakı əmanəti 6 milyardı keçib

Əhalinin banklardakı əmanəti 6 milyardı keçib

"Cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil edib"

Vətəninfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatıb. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, xərcləri isə 8,7 milyard manat olub.

Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6 faiz əməl edilib, qeyri-neft sektorundan büdcəyə daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artmaqla, ümumi daxilolmalarda payı 56,9 faizə çatıb. Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2 faiz əməl edilib, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb.

İlk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz çoxdu. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil edibŞahin Mustafayev deyib ki, hesabat dövründə əhalinin gəlirlərində də artm müşahidə olunub. Məsələn ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artıb. Yanvar-may ayları ərzində orta aylıq əmək haqqı 6,5 faiz artaraq, 438,1 manata yüksəlib. Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatıb.

Sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılıb, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub. Hazırda 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində isə, ötən 6 ayda 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşıb və 100-ə yaxın təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektdə işlər davam etdirilir.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az