Ehtiyatda olan hərbi qulluqçudan Müdafiə Nazirinə - ŞİKAYƏT
Ağstafa rayon Saloğlu kəndində qeydiyyatda olan müvəqqəti Suraxanı rayon, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ev 2, mənzil 5-də yaşayan, Qarabağ müharibə veteranı, ehtiyyatda olan baş gizir Yusifov Ələddin Rəcəb oğlu tərəfindən Miq.az-a daxil olmuş şikayət məktibunu oxuculara təqdim edirik:
MÜDAFİƏ NAZİRİ CƏNAB GENERAL POLKOVNİK ZAKİR HƏSƏNOVA.
SÜRƏTİ :
MÜDAFİƏ NAZİRLİYİNİN HÜQUQ İDARƏSİNİN RƏİSİ.
CƏNAB RAUF KİŞİYEVƏ
MÜDAFİƏ NAZİRLİYİNİN İŞLƏR İDARƏSİNƏ
MÜDAFİƏ NAZİRLİYİNİN MALİYYƏ VƏ BÜDCƏ İDARƏSİNƏ
Ağstafa rayon Saloğlu kəndində qeydiyyatda olan müvəqqəti Suraxanı rayon, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ev 2, mənzil 5-də yaşayan, Qarabağ müharibə veteranı, ehtiyyatda olan baş gizir Yusifov Ələddin Rəcəb oğlu tərəfindən
Ə r i z ə
Hörmətli, Müdafiə Naziri!
Bildirmək istəyirəm ki, Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsi Kadrlar İdarəsinin cavab məktubuna əsasən mən 17.02.1994-cü il tarixdən 08.09.1994-cü il tarixədək Qazaxda N saylı saylı hərbi hissədə motoatıcı taborun minaatan batareyasının komandiri, 08.09.1994-cü il tarixdən 11.06.1995-ci il tarixədək Murovda saylı hərbi hissədə motoatıcı taborun minaatan batareyasının komandiri, 11.06.1995-ci il tarixdən 15.02.1996-cı il tarixədək Murovda N saylı hərbi hissə komandirinin sərəncamında olmuşam. Beləliklə, mənim yuxarıda qeyd etdiyim tarixlərdə hərbi xidmətim nəzərə alınmalıdır, bu zaman mənim (Maliyyə və Büdcə İdarəsi tərəfindən tam olmayaraq 18.08.1994-cü ilədək 17 il 07 ay 27 gün hərbi xidmətim təsdiqin tapmışdır, Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsi Kadrlar İdarəsinin məktubuna əsasən mənim xidmətim 15.02.1996-cı il tarixədək öz təsdiqini tapmışdır, belə olan halda əlavə olaraq mən N saylı hərbi hissədə 01 il 05 ay 27 gün güzəştli qaydada 04 il 03 ay 27 gün sayılmalıdır) hərbi xidmət müddətim güzəştli qaydada 21 il 11 ay 24 gün təşkil etməlidir.
25.10.2016-cı il tarixdə Məhkəmə iclası zamanı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nümayəndəsi polkovnik-leytenant Səfər İsayev heç bir sübut edici sənət məhkəməyə təqdim edə bilmədi və öz çıxışında bildirdi ki, tamailə mən Murovdakı N saylı hərbi hissədə xidmət etməmişəm, lakin mən Müdafiə Nazirliyinin Kadr və Arxiv idarələrinin arayışların və digər sübutedici sənətləri məhkəməyə təqdim etdikdən sonra o 11.06.1995-ci ilə kimi hərbi xidməti hesab etdi, lakin sərəncamda olma vaxtımı məhkəməyə yalnış məlumat verərək bildirdi ki, hərbi qulluqçu sərəncamda o zaman olur ki, o hərbi hissəni özbaşına tərk etsin, (cənab Səfər İsayev Siz bilin ki, hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçu sərəncama deyil, həmin hərbi qulluqçuya cinayət işi qaldırılmalıdır, bu da təəssüf ki, belə deyil) bu isə onun qanunların tələblərinin bilməməsindən irəli gələn bir hal kimi hesab etmək olar.
Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanuna əsasən Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar:
-38-ci maddəsinin 2.2-ci bəndinə əsasən ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə;
Əlavə olaraq bildirmək istəyirəm ki, mən ştatların ixtisarına əsasən sərəncama çıxarılmışam, yəni gənc zabitlər hərbi hissəyə gəldiyinə, mənim baş gizir olmağıma və mənim tutduğum vəzifə zabit vəzifəsi olduğuna görə sərəncama çıxarılmışam, 8 ay sərəncamda qalmışam, bu isə hərbi hissə komandirinin və kadr rəisinin səhlənkarlığı olmuşdur ki, yuxarıda qeyd etdiyim qanunun tələblərin pozmuşdurlar və məni yeni vəzifəyə təyin olunmağım üçün təqdimat göndərilməmişdir.
Belə ki, mən 8 ay Murovda N saylı hərbi hissə komandirinin sərəncamında olmağım və döyüş postunda xidmət aparmağım təsdiq edir ki, bu müddətdə qanunveriçiləyə əsasən bir ay üç ay kimi güzəştli qaydada hərbi xidmət sayılmalıdır.
Sonda qeyd etmək istəyirəm ki, mən hərbi hissəni özbaşına tərk edib, xidmətdən boyun qaçırsa idim barəmdə cinayət işi və təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilərdim, lakin Azərbaycan Respublikası Prokurorluğu Gəncə Qarnizonun Hərbi Prokurorluğunun 17.08.2000-ci il tarixli məktubunda barəmdə cinayət işi və ya təqsirləndirici material olmadığı qeyd edilmişdir və eyni zamanda mən hərbi hissəni tərk etsə idim mənə müharibə veteranı adı və vəsiqəsi verilməməlidir, lakin mən veteran adı və vəsiqəsi ilə də təmin edilmişəm.
Maliyyə və Büdcə idarəsinin nümayndəsi məhkəməyə bildirir ki, hər yerə şikayət edib, mən bu haqsızlıqları görüb, niyə müraciət etməyim.
Hörmətli, general-polkovnik!
Sizdən xahiş edirəm ki, 18.08.1994-cü ildən 15.02.1996-cı ilədək N saylı hərbi hissədə təqvimlə 1 il 5 ay 27 gün, xidmət illərim bir ayı üç ay sayılmaqla güzəştli qaydada 4 il 3 ay 27 gün motoatıcı taborun minaatan batareya komandiri vəzifəsində hərbi xidmətdə olmağım sayılmaqla cəmi 21 il 11 ay 24 gün hərbi xidmətimin təşkil etməsini nəzərə alasınız və mənə pensiya hesablanıb məlumat vərəqəmin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə göndərilməsini Müdafiə Nazirliyinin Maliyyə və Büdcə göstəriş verəsiniz, mənim haqqımı bəzi vəzifəli şəxslərin yeməsinə imkan verməyəsiniz.
26.10.2016-cı il. Ehtiyyatda olan baş gizir: Yusifov Ələddin Rəcəb oğlu.
********
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə.
(Ünvan: AZ-1022, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56)
İddiaçı:Yusifov Ələddin Rəcəb oğlu.
(Ünvan:Ağstafa rayon Saloğlu kəndində yaşayan.)
Cavabdeh: Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi.
(Ünvan: Bakı şəhəri, Parlament prospekti - 3.)
İ D D İ A Ə R İ Z Ə S İ N Ə Ə L A V Ə
Möhtərəm Hakim!
Bildirmək istəyirəm ki, dəfələrlə müraciət etdikdən sonra 11.10.2016-cı il tarixli 1/Y-7867 nömrəli cavab məktubu ilə Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsi Kadrlar İdarəsi qeyd etmişdir ki, "ehtiyatdan çağrılaraq 17.02.1994-cü il tarixdən 08.09.1994-cü il tarixədək N saylı hərbi hissədə motoatıcı taborun minaatan batareyasının komandiri, 08.09.1994-cü il tarixdən 11.06.1995-ci il tarixədək N saylı hərbi hissədə motoatıcı taborun minaatan batareyasının komandiri, 11.06.1995-ci il tarixdən 15.02.1996-cı il tarixədək N saylı hərbi hissə komandirinin sərəncamında olmusunuz və Müdafiə Nazirinin 15.02.1996-cı il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmısınız.
Eyni zamanda qeyd etmək istəyirəm ki, əlavə olaraq hərbi xidmət keçməyimi şəxsi işimdə olan müvafiq Müdafiə Nazirliyinin və hərbi hissə komandirinin əmrlərindən çıxarışlar, Müdafiə Nazirliyinin Kadrlar idarəsinin məktubu və hərbi biletimdə komissarlıqda qeydiyyata durmağım haqqında 3-cü vərəqin 13 bəndində olan qeydiyyatlar sübut edir ki, həqiqətən mən N saylı hərbi hissədə 15.02.1996-cı ilədək xidmət etmişəm.
"Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə isə həmin qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Nazirlər Kabineti müəyyən edib. "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilib.
Qeyd etdiyim qanuna və Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsi Kadrlar İdarəsinin cavab məktubuna əsasən mən 17.02.1994-cü il tarixdən 08.09.1994-cü il tarixədək N saylı hərbi hissədə motoatıcı taborun minaatan batareyasının komandiri, 08.09.1994-cü il tarixdən 11.06.1995-ci il tarixədək N saylı hərbi hissədə motoatıcı taborun minaatan batareyasının komandiri, 11.06.1995-ci il tarixdən 15.02.1996-cı il tarixədək N saylı hərbi hissə komandirinin sərəncamında olmuşam, beləliklə mənim yuxarıda qeyd etdiyim tarixlərdə hərbi xidmətim nəzərə alınmalıdır, bu zaman mənim (Maliyyə və Büdcə İdarəsi tərəfindən tam olmayaraq 18.08.1994-cü ilədək 17 il 07 ay 27 gün hərbi xidmətim təsdiqin tapmışdır, Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsi Kadrlar İdarəsinin məktubuna əsasən mənim xidmətim 15.02.1996-cı il tarixədək öz təsdiqini tapmışdır, belə olan halda əlavə olaraq mən 172 saylı hərbi hissədə 01 il 05 ay 27 gün güzəştli qaydada 04 il 03 ay 27 gün sayılmalıdır) hərbi xidmət müddətim güzəştli qaydada 21 il 11 ay 24 gün təşkil etməlidir.
25.10.2016-cı il tarixdə Məhkəmə iclası zamanı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nümayəndəsi polkovnik-leytenant Səfər İsayev heç bir sübut edici sənət məhkəməyə təqdim edə bilmədi və öz çıxışında bildirdi ki, tamailə mən N saylı hərbi hissədə xidmət etməmişəm, lakin mən Müdafiə Nazirliyinin Kadr və Arxiv idarələrinin arayışların və digər sübutedici sənətləri məhkəməyə təqdim etdikdən sonra o 11.06.1995-ci ilə kimi hərbi xidməti hesab etdi, lakin sərəncamda olma vaxtımı məhkəməyə yalnış məlumat verərək bildirdi ki, hərbi qulluqçu sərəncamda o zaman olur ki, o hərbi hissəni özbaşına tərk etsin, (cənab Səfər İsayev Siz bilin ki, hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçu sərəncama deyil, həmin hərbi qulluqçuya cinayət işi qaldırılmalıdır, bu da təəssüf ki, belə deyil) bu isə onun qanunların tələblərinin bilməməsindən irəli gələn bir hal kimi hesab etmək olar.
Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanuna əsasən Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar:
-38-ci maddəsinin 2.2-ci bəndinə əsasən ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə;
Əlavə olaraq bildirmək istəyirəm ki, mən ştatların ixtisarına əsasən sərəncama çıxarılmışam, yəni gənc zabitlər hərbi hissəyə gəldiyinə, mənim baş gizir olmağıma və mənim tutduğum vəzifə zabit vəzifəsi olduğuna görə sərəncama çıxarılmışam, 8 ay sərəncamda qalmışam, bu isə hərbi hissə komandirinin və kadr rəisinin səhlənkarlığı olmuşdur ki, yuxarıda qeyd etdiyim qanunun tələblərin pozmuşdurlar və məni yeni vəzifəyə təyin olunmağım üçün təqdimat göndərilməmişdir.
Belə ki, mən 8 ay N saylı hərbi hissə komandirinin sərəncamında olmağım və döyüş postunda xidmət aparmağım təsdiq edir ki, bu müddətdə qanunveriçiləyə əsasən bir ay üç ay kimi güzəştli qaydada hərbi xidmət sayılmalıdır.
Sonda qeyd etmək istəyirəm ki, mən hərbi hissəni özbaşına tərk edib, xidmətdən boyun qaçırsa idim barəmdə cinayət işi və təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilərdim, lakin Azərbaycan Respublikası Prokurorluğu Gəncə Qarnizonun Hərbi Prokurorluğunun 17.08.2000-ci il tarixli məktubunda barəmdə cinayət işi və ya təqsirləndirici material olmadığı qeyd edilmişdir və eyni zamanda mən hərbi hissəni tərk etsə idim mənə müharibə veteranı adı və vəsiqəsi verilməməlidir, lakin mən veteran adı və vəsiqəsi ilə də təmin edilmişəm.
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq MƏHKƏMƏDƏN
X A H İ Ş E D İ R Ə M
İddia ərizəmi təmin edəsiniz. 18.08.1994-cü ildən 15.02.1996-cı ilədək N saylı hərbi hissədə təqvimlə 1 il 5 ay 27 gün, xidmət illərim bir ayı üç ay sayılmaqla güzəştli qaydada 4 il 3 ay 27 gün motoatıcı taborun minaatan batareya komandiri vəzifəsində hərbi xidmətdə olmağım sayılmaqla cəmi 21 il 11 ay 24 gün hərbi xidmətimin təşkil etməsini nəzərə alasınız və mənə pensiya hesablanıb məlumat vərəqəmin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə göndərilməsini Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsininüzərinə öhtəlik qoyulması barədə qərar çıxarasınız.
Miq.Az