Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırıla bilər

Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırıla bilər
Vəkillər Kollegiyası tanınmış vəkil Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət edəcək.
Miq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə kollegiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Elçin Sadıqov və başqa iki vəkilin vəkillik fəaliyyətinin dayandırılması, Vəkillər Kollegiyasının üzvülüyündən xaric edilməsi barədə məhkəməyə müraciət ediləcək.

Qeyd edək ki, Elçin Sadıqov ötən il jurnalist Əvəz Zeynallı ilə birlikdə həbs edilmişdi.

E.Sadıqov vəkili olduğu "Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur. O, sonradan ev dustaqlığına buraxılıb, cinayət işi ayrıca icraata götürülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az