Eldar İsmayıloğlu: "Mənim azadlığım həqiqətsizliyimdi..."
Bütün mahnılar cəzadı,
bütün ümidlər- qəza...
Barmaqlarını kəsib yenə payıma düşən tənhalıq...
...Tanrısa, hər ağlımdan keçəndə bir anlıq,
qolları büdrəyir pəncərələrin üzü adamlara.
Okeanın tən ortasında
qayıq sevincidi bizim azadlıq istəyimiz...
Baxıb ovulmuş avarlara.
Hər gün
üzüqoylu dağılıram bütün evlərin tavanına,`
Sevgi çatışmazlığından
adamların bir-birində ovunmamağıdı
yaşaya bilməməyim.
Sular qanadların ölümünə sevinsə,
mahnılar xatirələrin,
çiçəklər kəpənəklərin,
qadınlarsa xoşbəxt kişilərin
Bu eşqi ölümündən sonra sevərlər...
Mənim azadlığım həqiqətsizliyimdi,
əlləri danışan adamı sevmək çətindi, dostum!
Miq.Az