Eldar İsmayıloğlu: "Qız bədəninə sarılır səhra..."

Eldar İsmayıloğlu:
 
Eldar İsmayıloğlu

Balığa unutdurulmuş dənizəm,
Sahillərimin ovcunu aça bilmirəm ki, 
Gizlənmiş sabahı tapım.
Tapım, saralmış yağışlara hönkürən kəpənəkləri,
Ləpələnən buludlarda yosun ümidlərimi.  

Yağışların misra quruluğunda    
Qız bədəninə sarılır səhra,
Yandığı yerdən göyərmək üçün... 

Fırçalar da qanadsız çəkir quşların dərdini, duaların ovcuna,
Göy üzündə güllə yağışını qurutmaq üçün.

Baharda tez açan çiçəklər,
İlk sevgilər təki  yanar, 
ömrünün dibindəcə.

Bu sabah da minarələrin içi qaranlıq qaldı. 
Hələ də sahillərimin ovcu dodaqlarını itirmiş təbəssüm təkidi,
Heyif, əllərimin kökünə su tökə bilmədim...

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az