Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi ilə vidaşalaraq iş otağını tərk edib.
Vizual.az xəbər verir ki, bu barədə AzVision.az-a nazirliyin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, eks-nazir Əli Abbasov nazir vəzifəsindən çıxarılması ilə bağlı xəbəri eşidəndə işbaşında olub:
"Prezidentin sərəncamından sonra Əli Abbasov işçilərlə sağollaşıb getdi”-deyə M.Əmirov bildirib.
Qeyd edək ki, Əli Abbasov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Onun işdən çıxarılması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Burada MTN ətrafında yaşanan məlum olaylar və nazirlikdə yol verilən ciddi nöqsanlar əsas səbəb kimi göstərilir.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE