Əli Əhmədovdan saxta dərman satanalara XƏBƏRDARLIQ: "Onlar ciddi cəza alacaqlar"

Əli Əhmədovdan saxta dərman satanalara XƏBƏRDARLIQ:
"Bütün dünyada olduğu kimi Azərbaycanda da saxta dərman satışı halları qeydə alınır. Buna qarşı da daim mübarizə aparılır".

Miq.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməliyyatları saxta dərman satanlara qarşı zərbə olacaq: "Onlara tövsiyəmiz odur ki saxta dərman satışı ilə məşğul olmasınlar. Çünki bu, insan sağlamlığı üçün çox ziyanlıdır. Kimsə bu fəaliyyətini davam etdirəcəksə onlar ciddi cəza alacaqlar".
Ə.Əhmədov qeyd edib ki, saxta dərman satışı ilə məşğul olmaq ən böyük cinayətdir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az