Əli Həsənov yapon şirkətlərini Bakıya çağırdı

Əli Həsənov yapon şirkətlərini Bakıya çağırdı

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiya şirkətlərini Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyə çağırıb.
 
APA xəbər verir ki, bu barədə Ə. Həsənov Yaponiyanın "Jiji Press” nəşrinə müsahibəsində deyib.
 
"Azərbaycan yapon şirkətlərinin Xəzər dənizində fəaliyyətlərini genişləndirəcəyinə ümid edir", - prezidentin köməkçisi bildirib.
 
Cənub Qaz Dəhlizi "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
 
Layihənin əsas komponentləri bunlardır: "Şahdəniz” layihəsi üzrə "Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Trans-Anadolu qaz kəmərinin (TANAP) və Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az