Əli Həsənovun nəvəsinə hökm oxundu – 6 il həbs

Əli Həsənovun nəvəsinə hökm oxundu – 6 il həbs
Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.

***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb.

Miq.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb.
İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.
Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.
N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az