Əli Həsənovun oğlu Dubayda əmlak şirkətiylə əməkdaşlıq edirmiş

Əli Həsənovun oğlu Dubayda əmlak şirkətiylə əməkdaşlıq edirmiş

Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Birləşmiş Ərəb Əmirliklərtinin Dubay şəhərində fəaliyyət göstərən tanınmış daşınmaz əmlak şirkətlərindən biri olan "Provident”lə 3 ildir əməkdaşlıq etdiyini yazıb.

Miq.Az  Yeniavaz.com-a istinadən xəbər verir ki, Şamxal Həsənli bu barədə məşhur "Trustpilot” portalında yazıb.
Qeyd edək ki, "Trustpilot” portalı məşhur şirkətlərin tanıtım platformasıdır. Bu platformada qeydiyyatdan keçən şəxslər şirkətləri haqqında məlumat ala bilər və öz rəylərtini paylaşa bilərlər.
"Trustpilot” portalında qeydiyyatdan keçən Şamxal Həsənli qeydiyyat yeri olaraq ABŞ-ı göstərib və "Provident” şirkətilə bağlı rəy yazıb. Şamxal Həsənli qeyd edib ki, o artıq 3 ilə yaxındır "Provident” şirkətinin rəhbəri  Hend Kərəm ilə yaxından tanışdır. Əli Həsənovun oğlu yazır ki, bəzi  əməliyyatlarda onunla birgə çalışıb. Şamxal Həsənli daşınmaz əmlak sektoruna investisiya qoymaq istəyənlərə məsləhət görür ki, mütləq Hend Kərəm ilə əməkdaşlıq etsinlər.
"Provident” şirkəti isə öz növbəsində Şamxal Həsənliyə yazdığı rəyə görə təşəkkür edib və gələcəkdə də birlikdə çalışacaqlarına ümid etdiklərini qeyd ediblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az