Əli İnsanov HƏP-in Xankəndi şəhər təşkilatını yaratdı

Əli İnsanov HƏP-in Xankəndi şəhər təşkilatını yaratdı
Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyasnın Xankəndi şəhər təşkilatı yaradılıb.
AzPost bildirir ki, bu barədə HƏP mətbuat xidmətinin açıqlamasında bildirilib.
Mərdan Rizayev HƏP Xankəndi Şəhər Təşkilatının sədri vəzifəsinə təyin olunub.
Haqq Ədalət Partiyasının "Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada siyasi partiya üzvlərinin reyestrində partiya üzvlüyünə xitam verilmiş və yeni üzvlərin cəlb olunması ilə dəyişiklər edilib.
Hesabat dövründə Haqq Ədalət Partiyasına 2551 nəfər daxil olub, 18 nəfər xaric edilib.
HƏP üzvlərinin reyestr məlumatları Ədliyyə Nazirliyinə təqdim edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az