“Əli Kərimli prezident İlham Əliyevə də xəyanət edib”

“Əli Kərimli prezident İlham Əliyevə də xəyanət edib”

“Əli Kərimli 2000-ci ilə qədər indi Azərbaycanın ən böyük problemi saydığı bugünki iqtidarı müdafiə etmək üçün mümkün olan və olmayan hər şeyi edib”

Bu fikirləri mətbuata acıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, 2000-ci ildə mərhum prezident Heydər Əliyevin səhətində problemlərin ciddi olması barədə xaricdən və daxildən xəbərlər alandan sonra Əli Kərimli hakimiyyətin dəyişə biləcəyindən qorxuya düşərək xasiyyətinə uyğun olaraq sürüşkənlik etdi:” Bundan sonra Əli Kərimli Parlament seçkilərində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək parlamenti baykot etdi. Noyabrın 19-da Müsavat partiyasının keçirdiyi mitinqin zəyif olmasını görəndən sonra Parlamentə getməyəcəyi haqda imzasına tüpürərək parlamentə getdi. Amma iqtidar artıq onun hansı xislətin sahibi olduğuna əmin olduğundan bir daha Əli Kərimlini yaxına buraxmadı. Və o da zörən radikal müxalifətçi oldu. Bütün bunlar hər kəsin gözü qarşısında baş verən hadisələrdi. Prezident İlham Əliyev həm Əli Kərimlidən, həm də Cəmil Həsənlidən imtina edəndən sonra bunlar müxalifətçi olublar. İmtinanın da səbəbi bunlar etdiyi xəyanıt olub. Əli Kərimli bu iqtidara da xəyanət etmiş birisidir. Əli Kərimlinin xəyanətgar olmasını gənclər bilməlidir. Gənclər fikirləşməlidir ki, niyə ölkənin əsas partiyaları- YAP, BAXCP, Müsavat, ADP , KXCP və digər partiyalar Əli Kərimlinin xəyanətgar olmasını hər zaman deyir, səsləndirirr. Hər dəfə onun xəyanətlərindən bəhs edirlər. Bu adam xəyanətgar olmasa idi, Əbülfəz Elçibəyin 8 müavini, müşavirləri, partiyanın ali orqanı olan Rəyasət Heyətinin 19 nəfər üzvündən biri Əli Kərimlinin yanında qalardı, bu günə kimi onunla birgə addımlayardı.  Bir da demək istəyirəm ki, Əli Kərimli Azərbaycan siyasətinin üz qarasıdır!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az