Əlixan Məlikovun qardaşının Ermənistanla nə əlaqəsi var?

Əlixan Məlikovun qardaşının Ermənistanla nə əlaqəsi var?

Bir zamanlar Kürdəmir rayonuna rəhbərlik edən, sonradan isə Binəqədi rayon icra hakimiyyətinə başçının humanitar məsələlər üzrə müavini postuna təyin olunan Fəxrəddin Məlikovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Qeyd edək ki, əldə etdiyimiz bu məlumatın inandırıcılıq payına ilk əvvəl bizlər şübhə etsək də, sonradan mənbəmizin israrları baş verənlərin həqiqət olması kimi qəbul olundu. Bildirilənə görə, Fəxrəddin Məlikov bu günlərdə düşmən ölkəyə - Ermənistana böyük bir sovqat yola salıb.

Məlumatı verən qaynağın DİA.AZ-a söylədiklərindən belə məlum olur ki, “Azəriqaz” İstehsalat Birliyinin sabiq rəhbəri, hazırda işsiz olan Əlixan Məlikovun qardaşı olan Fəxrəddin Məlikovun Ermənistana sovqat yollaması səbəbsiz olmayıb. Bu barədə qaynağın iddia etdikləri: «Əlixan Məlikov sovqatını Gürcüstanın araçılığı ilə yollayıb. Yəni ilk əvvəl Gürcüstana, oradan isə İrəvana göndərilən sovqatın içində ənənəvi pay-pürüş, hədiyyələr olub».

Hər halda, düşünəcəksiniz ki, Fəxrəddin Məlikovun Ermənistanla nə əlaqəsi? Tələsməyin. Mənbəmiz bildirir ki, ermənilərlə qohumluq əlaqələrinə malik olan icra başçısının müavininin hazırda Ermənistanda yaşayan yaxın qohumlarından birinin doğum günü olub: «Həmin qohumları ilə davamlı əlaqə saxlayırlar və hətta ayrı-ayrı vaxtlarda Rusiyada, Gürcüstanda görüşüblər də. İndi İrəvana göndərilən sovqat da həmin qohumları üçün ad günü hədiyyəsidir».

Xatırladaq ki, dəfələrlə ermənilərlə qohumluq əlaqələri olan məmurlar barədə ölkənin ayrı-ayrı tribunalarında həyəcan təbili çalınsa da, bu məsələ hər dəfəsində qulaqardına vurulub.

Qarşı tərəfi dinləməyə hazırıq. Mövzu diqqətimizdədir…

(DİA.az)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az