Əliyev bunun üçün hər şeyi edəcək - Geqamyan

Əliyev bunun üçün hər şeyi edəcək - Geqamyan
Azərbaycan Serj Sərkisyan və Robert Köçəryanın həbs olunması üçün hər şeyi edəcək.

Miq.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.

"Bakı Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanı tutmaq üçün hər şeyi edəcək, Əliyev bunu birbaşa dedi. Azərbaycan qaz təchizatı baxımından Avropa Birliyinin əsas tərəfdaşlarından biridir. Ona görə də heç bir halda Qərbin təzyiqindən qorxmur, çünki belə bir şey olmayacaq”, - V.Geqamyan bildirib.

Qeyd edək ki. Prezident İlham Əliyev yerli teveiziyalara müsahibəsi zamanı Bakıda istintaq təcridxanasında saxlanılan qondarma rejimin "liderlərindən” danışıb. İ.Əliyev "O qruplaşmada sadəcə 2 nəfər çatışmır, onlar da hazırda İrəvandadırlar. Onlar olsa, heyət tam formalaşacaq” deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az