Putinin prezidentləri dəvət etdiyi şəhər müəyyənləşib
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi ilə bağlı xəbərlər yayılıb. ANS TV-nin Rusiyadakı müxbiri görüşün yeri və vaxtı ilə bağlı təfərrüatları dəqiqləşdirməyə çalışıb.
Rusiya mətbuatının yazdığına görə, tərələrin görüşü iyun ayının sonunda Sankt-Peterburqda baş tuta bilər. Kremlə yaxınlığı ilə tanınan rus politoloq Sergey Markov ANS-ə bu fikri təsdiqləyib. Markovun dediyinə görə, bundan əvvəlki görüş qarbdə baş verdiyinə görə, Moskva bu dəfəki görüşün Rusiyada baş verməsini çox istəyir.
Çünki bu, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Moskvanın daha önəmli rol oynamasını göstərir. Amma Markovun fikrinjə, görüş iyunun ortalarında, yəni 16-18 iyunda Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində görüş mümkündür. Rusiya prezidenti Vladimir Putinin iştirak edəjəyi bu foruma Azərbayjan və Ermənistan prezidentləri də dəvət edilib.