Əliyevin bu təşəbbüsünü dəstəkləyirəm - Löterm

Əliyevin bu təşəbbüsünü dəstəkləyirəm - Löterm
VIII Bakı Qlobal Forumu sivilizasiyanı maraqlandıran məsələləri müzakirə etmək üçün mühüm məkandır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu foruma bütün dünyadan mütəxəssislər toplaşaraq yeni təkliflər və fikirlər irəli sürürlər.

Miq.Az xəbər verir ki, bu sözləri Belçikanın sabiq Baş naziri İv Löterm Azərtac-a müsahibəsində söyləyib.

Azərbaycanda vaksinasiya prosesinin çox uğurla həyata keçirildiyini qeyd edən Belçikanın sabiq Baş naziri Prezident İlham Əliyevin vaksinlərin dünyada ədalətli şəkildə paylanması təşəbbüsünü dəstəklədiyi bildirib. "Bütün insanlar vaksinasiya prosesindən keçməyənədək dünya vətəndaşları kimi biz də təhlükəsizdə olmayacağıq”, - deyə o qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az