Əliyevin “separatçıların amnistiyası” açıqlamasına ABŞ-dan reaksiya

Əliyevin “separatçıların amnistiyası” açıqlamasına ABŞ-dan reaksiya
"Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Entoni Blinkenin də dediyi kimi, Qafqazda sülhə nail olmaq mümkündür”.

GMiq.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Biz eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin amnistiyaya baxıla biləcəyilə haqda açıqlamasını da alqışlayırıq.

İyunun 1-i Kişinyovda keçiriləcək görüşdə uğurlu nəticələr əldə edəcəyimizə inanırıq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Laçında verdiyi bəyanatlarda Qarabağdakı separatçı rejimin nümayəndələrinin könüllü təslim olacaqları halda onların amnistiyasına baxıla biləcəyini açıqlayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az