Elnur Aslanov işdən çıxarıldı

Elnur Aslanov işdən çıxarıldı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb. 

Miq.az Modern.az-a istinadən xəbər verir ki, Elnur Aslanov nazirliyin Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Nazirliyin mətbuat xidməti də məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.

O da qeyd edilib ki, Elnur Aslanov hətta beynəlxal şirkətlərdən birinə işə gedib.

Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onun adı Türkiyədə terrorçu elan edilmiş "Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmışdı.

Bir müddət əvvəl isə media onun "fətullahçılar”ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yaymışdı.

Amma Elnur Aslanovun özü Fətullah Gülənlə bağlılığı barədə iddiaları təkzib edib.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az