Saxta yolla millət vəkili seçilmək üçün Gülər Əhmədovaya 500 min dollar pul verməsi ilə bağlı gündəmə gələn Elşad Abdullayev sonrakı mərhələlərdə hakimiyyətdaxili qruplaşmaların birinin təsiri altına düşərək daha aqressivləşib. Hətta alimliyi belə saxta olduğu iddia olunan, amma geniş maliyyə imkanlarına malik E.Abdullayev bir müddətdir ortalıqlarda yoxdu. Müxtəlif videolar yayacağını bildirən ABU-nun sabiq rektoru nəhayət susqunluğunu pozub.
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, Elşad Abdullayev arxasını söykədiyi Azərbaycan hakimiyyətindəki qruplaşmanın göstərişi ilə hazırda okeanın o tayında yaşayan ACP lideri Rəsul Quliyevlə görüşmək niyyətindədir.
Məlumatda görə, E.Abdullayev Bakıdan aldığı sifarişlə hazırda Azərbaycan hakimiyyətinin siyasi xəttini qəbul etməyən və bu üzdən də Avropaya üz tutan siyasi mühacirləri yoldan çıxarmalı və Rəsul Quliyev ətrafında Avropada yeni bir qüvvə cəmləməlidir. Bu isə Rəsul Quliyevin Avropada hüquqlarının müdafiəsi adı ilə edilməlidir.
Məlumata görə, artıq E.Abdullayev qruplaşmadan aldığı sifarişə uyğun olaraq 34 nəfər toplaya bilib. Bunun üçün kisəsinin ağzını açan Elşad Abdullayev Almaniyadan Ə.Siyablı, Y.Musayev, K.Həsənov, F.Hacıbəyli, H.Əsədov, M.Fərəcova, R.Ləmbəranski, İsveçdən R.Kərimov, F.Kərimli, R.Mahmudova, Norveçdən İ.Seyfullayev, D.Musayev, Belçikadan İ.Hüseynov, Avstriyadan H.Allahverdiyev, E.Rzayev, Hollandiyadan Ə.Həsənov, İ.Bağırov, A.Qəhrəmani, Ə.Qasımov, N.Cabbarov və başqalarını bir araya gətirərək R.Quliyevin müdafiə komitəsini yarada bilib. Hətta bu komitə müraciət belə imzalayaraq yayıb.
Mənbənin məlumatına görə, indi E.Abdullayev Rəsul Quliyevlə görüşməyi düşünür. Görüşün baş tutub-tutmayacağı isə ACP liderindən asılıdır.
Kənan
Vətəninfo.az