Elşad Abdullayevi yenidən dövriyyəyə buraxdılar

Elşad Abdullayevi yenidən dövriyyəyə buraxdılar

Bu günə kimi hakimiyyətdaxili qruplaşmalardan birinin sifarişi ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehtiyevin əleyhinə danışdırılan, səsləndirdiyi şər və böhtana görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Arzu Kazımovun həbsinə nail olan Elşad Abdullayev bu dəfə onu dövriyyəyə buraxanları açıq şəkildə göstərdi.
Göstərdi ki, bu adamın dərdi qardaşı ilə bağlı deyil. Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sifarişçi olduğunu deməklə, ona bu gün Ramiz Mehdiyevi “vurmaq” üçün sifariş verən siyasi qüvvələrin qələmunu olduğunu açıq şəkildə göstərməkdir.
Bir tərəfdən də şər və böhtanları ilə həbsinə nail olduğu sabiq millət vəkili Arzu Kazımovun vəkili Ramiz Zeynalovun onun oyunlarını və saxtakarlıqlarını açıb gün üzünə çıxarmasına bərk kükrəməkdədir.
Amma adamdan soruşarlar ki, bəs sənin bu günə kimi dediklərin nədi, şər və böhtan deyilmi?
Ramiz Zeynalov təcrübəli bir vəkil kimi, Elşad Abdullayevin bütün fırıldaqlarını ortaya qoyub. Vəkil bildirib ki, E.Abdullayev Təhsil Nazirliyinə ABU-nun 20 diplomunu imzalayaraq verməklə, “qabaqcıl təhsil işçisi” mükafatını ala bilib. Bununla yanaşı, vəkil qeyd edib ki, E.Abdullayev saxtakarlıqlarını davam etdirərək Rusiyada qeydiyyatı belə naməlum olan dərnəklərdən də diplomlar və medallar alıb.
Vəkili tanıyanlar, onun doğru dediyini təsdiqləyirlər. E.Abdullayev göstərir ki, bu bəyanat sifarişlidir.
İndi Fransada ABU-nun sabiq rektorunun homoseksualların məhəlləsində qaldığı, hər gün yaşadığı ünvanı dəyişməsi və gündüzlər gözə görünməsə də, axşamlar müxtəlif fərqli pariklər taxaraq evdən çıxması ilə bağlı müxtəlif xəbərlər gəlir.
Bu məlumatlarda Elşad Abdullayevin axşamlar mavi, qırmızı rəngdə pariklərdə göründüyü, saçını da məhz buna görə qırxdırdığı iddia edilirsə, Azərbaycanda hər kəs buna inanmalıdırmı? Hətta Fransada mühacir həyatı yaşayan mənbələrin iddiasına görə, E.Abdullayevin yanında axşamlar onu tanımasınlar deyə bir neçə homoseksualist olur. Görəsən, E.Abdullayev bundan sonra Azərbaycana qayıdıb insanların üzünə necə baxa biləcək, özünü təmizə necə çıxaracaq? Həkimə gedib, homoseksualist olmadığına dair arayış almaqlamı? Bu gün sən necə ki, Arzu Kazımova şər və böhtan yağdıraraq, onun həbsinə nail olmusansa, eləcə də Fransada bəzi mühacirlər sənin haqqında bu tipli məlumatlar yayırlar.
Ona görə də etirafın, hansı siyasi qüvvənin sifarişi ilə Azərbaycanda suları bulandırdığını deməyin vaxtı çatıb.

Vətəninfo.az

İnformasiya şöbəsi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az