Elzanı rəhmətlik babam da hədəf seçərdi

Elzanı rəhmətlik babam da hədəf seçərdi

Azər Sariyev

Qadını, xüsusən də onun psixi durumu normal deyilsə, lağa qoymağı yaxşı hal saymıram. Amma qadın da yerini biləcək. Statusundan faydalanıb da millətin uşaqlarının zövqünü zorlamayacaq, yaşlılarının hissləri ilə oynamayacaq. Söhbət Seyidcahan və onun kimilərdən gedir. Efir doludur belə müğənni və aparıcılarla. Bu bir. İkinci sözüm Elzanın şeirlərini araya qoyan çoxluğadır. Mən də görürəm və bilirəm ki, onu yazdıqları bədii mətn deyil.

Amma Elza təkdirmi? Bu cür cızma-qaralar yazan, hətta həmin biabırçılıqları bir kitaba yığıb imza günü, təqdimat keçirənlər azdırmı? Bəs onların həmin yazılarına səsimizi niyə çıxarmırıq? Niyə həmin cəfəngiyyatları araya qoymuruq? Ona görə ki, onlar həmkardır, jurnalsit yoldaşıdır, toyda, yasda, təqdimatlarda, çayxanalarda, küçələrdə üz-üzə gəlirik, üzümüz utanır, ayıbdır? Elza ilə isə yoldaş, tay-tuş, tanış deyilik. Elzanın arxasında onu müdafiə edəcək qələm adamları dayanmır, ona görəmi? Bəs ədalət? Hansı ki, onu başqalarından umuruq. Saytlarımızın "şair" deyib oxucuya sırıdığı şəxslərin nə qədər desəniz Elzasayağı, hətta ondan da betər yazılarını göstərə bilərəm. Elza kasıb və arxasız olduğundan onun üzərinə getmək asandır. Yıxılanı kəsməyə canıq axı. Elzanın yerinə olaydı Röya. Görüm, kimsə dil uzada bilərdimi? Ya pulla susdurardı, ya da "razborka"ya çağırardı. Heç kim də "qaşın üstdə gözün var" deyə bilməzdi. Bu statusu yazmaqda məqsədim Elzanı müdafiə etmək deyil. Onun da müdafiə olunmaq haqqı olsa belə. Məqsədim əziz həmkarları haqsız küyəgedənlikdən çəkindirməkdir. Həqiqətən də sona qədər ədalətliyiksə, yazı yaza bilməyən jurnalistləri, ədəbiyyat adamlarını, jurnalistikaya dəxli olmayan media müdafiəçilərini niyə gözümüz görmür? Elzanı rəhmətlik babam da hədəf seçərdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az