"Qeyri-adi bir məclis olacaq"
Vətəninfo.az-ın məlumatına görə, bu haqda Axşam.az-a açıqlamasında müğənni özü xəbər verib.
O, toyun qeyri-adi olacağını iddia edib:
"Toy avqustdadır. Hazırlıqlar gedir. Qeyri-adi bir məclis olacaq. Qızım bununla bağlı ciddi pəhrizə başlayıb. Leyla Əhmədova Gülşəni 10 kiloqram arıqladıb. İki gəlinlik geyinəcək. Birini modelyer Şəlalə, digərini isə Leyla xanım tikir. Qeyri-adi bir məclis olacaq. Gülşən toyu üçün elə maraqlı, fərqli ideyalar irəli sürür ki, təəccüblənirəm. Sonra da deyirəm ki, axı bu Elza Seyidcahanın övladıdır, belə olmalıdır da. Qızım məndən onun üçün mahnı bəstələməyimi də istəyir".