Emin Əmrullayev 1500 məktəbin bağlanacağını TƏKZİB ETDİ

Emin Əmrullayev 1500 məktəbin bağlanacağını TƏKZİB ETDİ
Elm və təhsil naziri Emin Əmrullayev ölkədə mövcud olan 4400 məktəbdən 1500-nün bağlanacağı barədə yayılan xəbəri təkzib edib.

Modern.az-ın məlumatına görə, nazir sosial şəbəkədə məsələyə belə aydınlıq gətirib:

"Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”.

Xatırladaq ki, 1500 məktəbin bağlanacağı barədə məsələni Milli Məclisdə deputat Ceyhun Məmmədov gündəmə gətirmişdi. O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. "Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az