Emin Həsənli: “Bu seçkilər Azərbaycana təzyiq edən qüvvələrə böyük bir mesaj olacaq”

 Emin Həsənli: “Bu seçkilər Azərbaycana təzyiq edən qüvvələrə böyük bir mesaj olacaq”

Azərbaycanda 7 fevral tarixində keçiriləcək Prezident seçkiləri çox əlamətdar bir hadisədir.

Bu sözləri Herbiand.az-a "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib:

"İlk dəfədir ki, müstəqil Azərbaycan tarixində Azərbaycanın bütün ərazilərində ərazi bütövlüyü bərpa olunduğu şəraitdə keçirilir. Xalqımız böyük əhval- ruhiyyə ilə seçkilərə gedir. Qalib ölkənin vətəndaşları kimi ilk dəfə səs verəcəklər. Bilirsiniz ki, bu münaqişə müstəqillikdən əvvəl başlayıb. 1991-ci ildə biz müstəqillik əldə etmişik. Bundan sonra keçirilən bütün seçkilər torpaqlarımızın işğalı altında baş tutub və ilk dəfədir ki, separatizmdən uzaq işğaldan azad edilmiş Azərbaycanın bütün ərazilərində seçki keçiriləcəkdir. Bu, böyük bir tarixi hadisədir. Xalqımız buna çox böyük önəm ver. İctimaiyyətdə böyük əhval ruhiyyə var. Yeddi fevralda xalqımızı bir daha seçkilərə dəvət edirik. Bu seçkilər Azərbaycana təzyiq edən qüvvələrə həm də böyük bir mesaj olacaq.Azərbaycanın qələbəsini qəbul etməyən bəzi dövlətlər var. Bunların önündə də Fransa gəlir. Ermənistana böyük hamilik edir. Avropa Şurası çox haqsız bir qətnamə qəbul edib. Bu işdə Fransanın rolu həddindən artıq çoxdur. Fransa siyasi hegemonluğundan istifadə edib. Avropada bir çox dövlətləri buna məcbur edib, təzyiq edib və hesab edirəm ki, Azərbaycan xalqı, əksəriyyəti seçkilərə gələrək seçkilərdə iştirak edənlər də qalib Ali Baş komandana səs verərək dünyaya öz mesajlarını verəcəklər. İlham Əliyevin xidməti hər kəsin gözü önündədir. O, hakimiyyətə gələndən sonra Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin siyasətini davam etdirdi. Bütün istiqamətlərdə, həm xarici siyasətdə, həm daxili siyasətdə, həm gənclər siyasətində, həmçinin ordu quruculuğunda böyük nailiyyətlər əldə edildi və qələbə təmin edildi. Xalqımız qədirbiləndir, öz səsini verəcəkdir. Necə ki, müharibə zamanı xalqımız həmrəy idi, bir yumruq olmuşdu, bir rəy olmuşdu, bir bayraq ətrafında sıx birləşmişdi indi də hesab edirəm ki, bu seçkilər də tarixi bir anlamda zamanda keçirildiyi üçün çox böyük anlamı var. Hər kəs aktiv iştirak edəcək. İlk dəfə səs verən gənclərə müraciət edirəm. İki fevral gənclər günüdür. Gənclər günündən beş gün sonra da seçkidir. Azərbaycan gənci hərb cəbhəsində qalib gəldiyi kimi, siyasi cəbhədə də qələbə çalacaq və öz sözünü deyəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az