Çempionlar Liqasının püşkü atıldı

Çempionlar Liqasının püşkü atıldı
Bu gün Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal və final mərhələlərinin püşkü atılıb.
 
Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 ən güclü komanda əvvəl iki yarımfinal cütünü təşkil edib. Aprelin 26-27-də ilk, mayın 3-4-də cavab matçları keçiriləcək mərhələdə "Mançester Siti” "Real”la, "Atletiko” isə "Bavariya” ilə qarşılaşacaq.
 
Ardınca mayın 28-də, İtaliyanın Milan şəhərində baş tutacaq finalın nominal meydan sahibi müəyyənləşib. Bu, "Mançester Siti” - "Real” cütünün qalibi olacaq.
 
Yarımfinal
26-27 aprel/3-4 may
 
1. "Mançester Siti” (İngiltərə) - "Real” (İspaniya)
2. "Atletiko” (İspaniya) - "Bavariya” (Almaniya)
 
Final
28 may, Milan
1-ci cütün qalibi – 2-ci cütün qalibi
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az