Ən çox “Bayraqdar” alan ölkələr: Bakıda neçəsi var?

Ən çox “Bayraqdar” alan ölkələr: Bakıda neçəsi var?

Türkiyənin Bayraqdar” PUA-larının hansı ölkələrə neçə ədəd ixrac olunduğu məlum olub.

Miq.Az xəbər verir ki, ümumilikdə 100-dən çox pilotsuz uçuş aparatının 22 ölkəyə təhvil verildiyi bildirilib.

Türkiyə mediasında yayılan məlumata əsasən, Azərbaycana ən azı 6 PUA-nın ixrac edildiyi bildirilsə də, bu sayın dəqiq olmadığı vurğulanıb.

Qətərə 6 "Bayraqdar” təhvil verilib, Ukrayna 12-ni alıb, 24-nü isə sifariş edib.

Mərakeşə 13, Nigerə 2 (daha 6 sifariş hazırlanır – red.) ədəd ixrac edilibsə, Polşa da 24 ədəd sifariş edib. Litva isə 1 "Bayraqdar TB” PUA-sını Ukraynaya göndərmək üçün alıb.

Liviya, Türkmənistan, Qırğızıstan, Efiopiya, Pakistan, Tacikistan, Əlcəzair, Somali, İraq və Cibutiyə neçə ədəd ixrac edildiyi məlum deyil.

Bundan əlavə, daha ən azı 5 ölkəyə "Bayraqdar”ın ixrac edildiyi bildirilsə də, sözügedən ölkələrin adları açıqlanmayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az