"Ən çox şikayət "Kontakt home"dandır, istehlakçıları aldatmaq üçün ciddi yarış gedir" - AÇIQLAMA
"Şikayətlərin palitrası ildən-ilə dəyişir. Son beş ildə ən çox şikayətlər mürəkkəb texniki vasitələr satan mağazalar şəbəkəsindən gəlir. Mobil telefon, paltaryuyan maşın və s. kimi texniki vasitələr satan mağazalarda sanki istehlakçıları aldatmaq üçün ciddi yarış gedir. İllər boyudur, birinci yerdə "Kontakt Home" dayanır. Növbəti yeri "Baku Elektronics", "İrşad telecom", "Optimal" bölüşür. Bu şəbəkədə insanların aldadılması, istehlakçı hüquqlarının pozulması çox geniş yayılıb. Dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmilərinə demişəm ki, iclas keçirin, bu adamları toplayaq, müzakirə edək".
Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib.