Ərdoğan Avropanı hədələdi – “Bunun bədəlini ödəyəcəksiniz”

Ərdoğan Avropanı hədələdi – “Bunun bədəlini ödəyəcəksiniz”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiya ilə yaşanan siyasi qalmaqala yenidən münasibət bildirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Hollandiyaya sərt xəbərdarlıq edərək, bu ölkənin son hadisələrə görə cavab verməli olduğunu bildirib.

"Bunun cavabını alacaqsınız. Yaşanan hadisələr, şahidi olduğumuz mənzərə tamamilə islamafobiyanın təzahürüdür. Qərb gerçək üzünü ortaya qoydu. Mən hadisələr baş verəndən onların faşist olduğunu deyirdim. Bütün bunların bədəlini ödəyəcəklər. Onlar demokratiya nədir, onu da öyrənəcəklər”

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az