Ərdoğan Azərbaycana gəlir - Martın 15-də

Ərdoğan Azərbaycana gəlir - Martın 15-də

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub. 

Səfər martın 15-də baş tutacaq.

Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi./APA/

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az