Ərdoğan Bakıya gəlir - Səfərin məqsədi nədir? Təfərrüatlar

Ərdoğan Bakıya gəlir - Səfərin məqsədi nədir? Təfərrüatlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycana gələcək, 26-da isə dövlət başçısının geri qayıtması nəzərdə tutulur. 


Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti və bir neçə dövlət rəsmisinin Azərbaycana səfərinin məqsədi Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etməkdir.

Səfir qeyd edib ki, tədbirdə iştirak üçün Azərbaycana R.T.Ərdoğanla birlikdə Türkiyənin Baş nazirinin müavini, xarici işlər naziri, iqtisadiyyat naziri, energetika naziri, mədəniyyət nazirinin də daxil olduğu böyük bir heyət gələcək.

İ.A.Coşqun deyib ki, bununla Azərbaycan və Türkiyə prezidentlərinin cari il ərzindəki qarşılıqlı səfərlərinin sayı üçə çatacaq.   /Trend/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az