Ərdoğan: Əliyevlə qaz qovşağını müzakirə edəcəyik

Ərdoğan: Əliyevlə qaz qovşağını müzakirə edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın əvvəlinə planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə təbii qaz qovşağının yaradılmasını müzakirə etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, Türkiyə lideri bunu jurnalistlərə açıqlamasında deyib.

"Putin və onun rəsmi təmsilçiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək. Onun yaradılması ilə bağlı məsələlərin gələn ayın əvvəlində Aşqabad səfəri zamanı Türkmənistan və Azərbaycan prezidentləri ilə müzakirə edilməsi planlaşdırılır. Ümid edirəm ki, müsbət nəticələr əldə olunacaq”, - Ərdoğan deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az