«The New York Times» qəzetinin keçmiş əməkdaşı Stepan Kinzer deyir ki, Türkiyə onun fəxri vətəndaşlığını ləğv edib. O, prezident Rəcəb Tayyib Ərdoğanın ofisindən faks alıb, son məqaləsinə görə Türkiyə hökuməti və dövlətinin «düşməni» adlandırılıb. Bu barədə «Hurriyet Daily News» yazır.
Kinzer mayın 27-də «Boston Globe»da yazıb ki, Türkiyənin Qaziantep vilayətinə gedib, şəhər meri onu fəxri vətəndaş elan etməliymiş. Bu ada illər öncə Roman mozaikalarının daşqınlardan xilas olunmasıyla nəticələnmiş yazısına görə layiq görülüb.
«Ancaq elə çatar-çatmaz, ev sahibləri bərk pərt halda mənə dedilər ki, mərasim də, fəxri vətəndaşlıq da təxirə salınıb. Bu, prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi göstərişi ilə edilib», - Kinzer yazıb.
Kinzerin «düşmən» elan edilməsinin səbəbi isə yanvarın 4-də «Boston Globe»da dərc olunmuş köşə yazısında ərdoğanla bağlı tənqidi abzasdır. Həmin hissədə Ərdoğanın 1000 otaqlı sarayda oturub Avropa Birliyini pislədiyi, jurnalistləri həbsə atdırdığı, qısa ətəklərə və abortlara qarşı çıxdığı qeyd olunurdu.
7 iyun parlament seçkiləri yaxınlaşdıqca, Ərdoğan Türkiyə mediasında tənqidi səslərə qarşı ritorikasını sərtləşdirib. O, bu yaxınlarda «The New York Times» qəzetini də pisləyib. Belə ki, qəzet mayın 22-də redaksiya məqaləsində Ərdoğanı medianı qorxu altında saxladığına görə tənqid edirdi. (azadliq.org)
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”