Ərdoğan Putinə zəng edəcək-Bir neçə gün sonra

Ərdoğan Putinə zəng edəcək-Bir neçə gün sonra

«Rusiya ilə münasibətlərdə böhran başa çatıb və yekunlaşıb». Bunu TRT telekanalına müsahibəsində Türkiyənin baş naziri Binali Yıldırım deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə məktubu uzun sürən danışıqlardan sonra dərc edilib.

Türkiyənin baş naziri qeyd edib ki, Türkiyədəki siyasi qüvvələr bu məktubu istədikləri kimi yoza bilərlər.

«Bu cür reaksiyaya cavab verməyə vaxtımız yoxdur. Dünya iqtisadiyyatı ağlar vəziyyətdədir və biz bir çox addımlar atmalıyıq», - baş nazir deyib.

Binali Yıldırım həmçinin Ərdoğanla Putin arasında birbaşa danışıqların anonsunu verib.

«Bir neçə gündən sonra prezident Ərdoğan telefonla Rusiya prezidenti Vladimir Putinlə danışacaq. Bununla da iki dövlət arasında böhran tamamilə tənzimlənəcək. Uzun danışıqlar oldu və bunlar nəticəsini verdi. Tərəflər baş verənləri unudacaqlar. Biz bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda, turizmdə və investisiyalarda əlaqələri normallaşdıracağıq», - Yıldırım deyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az