Ərdoğan Türkiyə Təhlükəsizlik Şurasının iclasını çağırır

Ərdoğan Türkiyə Təhlükəsizlik Şurasının iclasını çağırır

Qarabağ münaqişəsi əsas müzakirə mövzularından biridir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi keçirəcəyi Təhlükəsizlik Şurasının iclasında Qarabağ münaqişəsi əsas müzakirə mövzularından biri olacaq. 

Miq.az TRT telekanalının məlumatına istinadən xəbər verir ki, Prezident Administrasiyasında, saat 19.00-da başlayacaq iclasın gündəminin mərkəzi məsələsi terrorizm ilə mübarizə məsələsi olacaq.

Bundan başqa, regionla məsələlərin müzakirəsi planlaşdırılır, bu məsələlər sırasında Azərbaycan, Ermənistan və Suriyadakı vəziyyət, eləcə də qanunsuz miqrasiya ilə mübarizə məsələləri yer alacaq. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az