Ərdoğana sui-qəsd planının detalları AÇIQLANDI

Ərdoğana sui-qəsd planının detalları AÇIQLANDI

Türkiyədə PKK üzvlərinin ölkə lideri Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planının təfərrüatları açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Sabah” məlumat yayıb.

Məlumata görə, 2021-ci il dekabrın əvvəlində sui-qəsdi planlaşdıran PKK üzvləri Suriyadakı həmkarlarından partlayıcı aldıqlarını etiraf ediblər.

Şeyxmus A. adlı PKK-çı Suriya kürdləri hərəkatının üzvü Fırat İlxanın (kod adı Roni) ona Suriyadan zəng edərək partlayıcıları təhvil verdiyini bildirib. Bundan sonra Türkiyədə gecə saatlarında PKK-nın bir qruplaşmasının üzvü ictimai tədbirdə Ərdoğanın təhlükəsizliyini təmin edən polis əməkdaşının maşınının altına bomba yerləşdirib.

Bomba təhlükəsizlik qüvvələri tərəfindən aşkar edildikdən sonra o və tərəfdaşları detonatorları çaya atıblar. Şeyxmus A. həmçinin bildirib ki, "səngərdəki məğlubiyyətin” qisasını almaq üçün Türkiyə prezidentini öldürmək istəyirlər.

Xatırladaq ki, insident 2021-ci il dekabrın 4-də Siirtdə baş verib. Ərdoğan bu şəhərdə tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış etməli idi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az