Ərdoğandan Araz sahilində təlimlə bağlı möhtəşəm mesaj

Ərdoğandan Araz sahilində təlimlə bağlı möhtəşəm mesaj

Bir millət və iki dövlət anlayışını bu təlimdə uğurla həyata keçirdiniz. Dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz.

Bunu Türkiyə Prezidenti Rəccəb Tayip Ərdoğan Azərbaycanla Türkiyənin birgə hərbi təliminin iştirakçılarına müraciətində deyib.

"Bu güc gələcək əməliyyatlarda da sizin ən mühüm dinamizminiz olacaq. Türkiyə-Azərbaycan bu təlimlərlə həmrəylik və əməkdaşlıqlarını gələcək üçün daha da gücləndirərək davam etdirir. Biz Türkiyə olaraq bütün azərbaycanlı qardaşlarımızı sevirik. Sizi ürəkdən qucaqlayırıq. Bu təlim göstərdi ki, biz bir-birimizlə ət-sümük kimiyik. Heç kim bizi Allahın izni ilə bir-birimizdən ayıra bilməz. İlham Əliyev qardaşımı göstərdiyi qardaşlıq və sevgiyə görə səmimi qəlbdən təbrik edir, gözlərinizdən öpürəm. Sağ olun, var olun”, - Ərdoğan bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az