Ərdoğandan sərt MESAJ: “Hesabını verəcəksiniz”

Ərdoğandan sərt MESAJ: “Hesabını verəcəksiniz”
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan barələrində həbs qərarı çıxarılan keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın Gürcüstan üzərindən Ermənistana qaçmasına münasibət bildirib.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Zəkəriyyə Öz və Cəlal Karanın bir vaxtlar qəddar qərarlar çıxardığını bildirib.
"Bir zamanlar Əl-Cəzairə gedəndə məni xaricə qaçmaqda ittiham edən xəyanət şəbəkəsinin özlərinin ölkə xaricinə çıxdığını görürük.
Onların oradan (Ermənistanı nəzərdə tutur-red) hara qaçacaqları isə ayrı bir məsələdir. Təbii ki, biz Türkiyə olaraq araşdırma aparırıq. Onlar bir yerdə mütləq həbs ediləcəklər və bura gəlib elədiklərinin hesabını gec və ya tez verəcəklər”.
Qeyd edək ki, məşhur "Ergenokon” işinin prokuroru Zəkəriyyə Öz və 2013-cü ilin dekabr ayında iş adamlarına qarşı həyata keçirilmiş böyük rüşvət və korrupsiya əməliyyatlarının prokuroru Cəlal Karanın Gürcüstan üzərindən Ermənistana qaçdığı bildirilir.
Lakin Ermənistan Milli Təhlükəsizlik Nazirliyi onlarda belə bir məlumatın olmadığını qeyd etməklə, yayılan informasiyaları nə təsdiq, nə də inklar edib.
Hər iki şəxs Fətullah Gülən şəbəkəsinin içərisində yer alır.  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az