Ərdoğanı bu İŞİD-çi təhdid edirdi - Video

Ərdoğanı bu İŞİD-çi təhdid edirdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhdid edən İŞİD əmirinın kimliyi ortaya çıxıb.
Vətəninfo.az Axar.az-a istinadən  xəbər verir ki, terrorçuların videosunda danışan İŞİD əmiri Bursada şirniyyat işi ilə məşğul olan Fateh Acıpayam adlı şəxsdir.
Yaxını İŞİD əmiri haqqında bu sözləri deyib:
"Fateh Acıpayam İspartada olarkən heç namaz qılmağı belə bilməzdi. Nə oldusa, elə burada oldu. 2014-cü ilə qədər Bursada şirniyyat dükanı işlədirdi. Suriyaya getməzdən öncə isə iş yerini 100 min türk lirəsinə satmışdı”.
Qeyd edək ki, bir neçə gün öncə Ankaranı təhdid edən İŞİD terrorçularının videomüraciətində türkcə təhdidlər yağdıran İŞİD əmiri Fateh Acıpayamın kod adı Əbu Əmmardır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az