Ərdoğanın ailəsinə qarşı şok İŞİD iddiası
Suriyanın rəsmi xəbər agentliyi "SANA”-da Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın və qızı Süməyyə Ərdoğanın İŞİD
terror təşkilatı ilə əlaqələrinin olması barədə iddialar irəli sürülüb.
Vətəninfo.az-ın məlumatına görə, "Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin
mətbuat mərkəzi yayılan iddialara sərt reaksiya verib. Yayılan
açıqlamada qeyd olunur ki, Türkiyə ilə İŞİD arasında əlaqələrin olduğunu
göstərmək üçün prezidentin övladlarının da adı bu ittihamlarda yer
alıb. Bu ittihamlar tamamilə yanlışdır. Bu cür iftiralarla mediada
məlumat yaymaq prezidentə hücum niyyəti daşıyır və ölkəmizin imicini
zədələməyi məqsəd alan bir siyasətdir. "Ərdoğanın qızı və oğlunu hədəf
alan və əxlaqsızcasına ictimaiyyətə çatdırılan bu iddialar Türkiyəni
qaralama kampaniyasının bir hissəsidir”.
Qeyd edək ki, sözügedən iddialarda İŞİD militanların Türkiyədə
müalicə aldığı bildirilir. Qeyd edilir ki, R.T. Ərdoğanın qızı Süməyyə
Ərdoğan İŞİD terrorçularını müalicə edir, oğlu Bilal Ərdoğan isə
Suriyadakı terror təşkilatlarının köməkliyi ilə oradan neft və qaz
alaraq Asiya ölkələrinə gizli şəkildə satır.