Ərdoğanın Azərbaycan səfəri təxirə salındı - İlham Əliyev təcili Ankaraya gedir

Ərdoğanın Azərbaycan səfəri təxirə salındı - İlham Əliyev təcili Ankaraya gedir

Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan Bakı səfərini növbəti dəfə təxirə salıb.

Miq.az "Qafqazinfo”ya daxil olan məlumata istinadən bildirir ki,  bununla bağlı olaraq Azərbaycan prezidenti İlham Əliyev sabah Ankaraya gedəcək.

İlham Əliyevin sədrliyi ilə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının da məhz Türkiyə paxtaxtında baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, səfər dünən Ankarada baş verən dəhşətli terror aktına görə təxirə salınıb. Faciə zamanı 37 nəfər ölüb, 125 nəfər yaralanıb. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az