Ərdoğanın səfərindən əvvəl kritik açıqlama – “Yeni səhifə açılır”

Ərdoğanın səfərindən əvvəl kritik açıqlama – “Yeni səhifə açılır”

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin başçısı Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın siyasi müşaviri Ənvər Qarqaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əbu-Dabiyə səfərinin ikitərəfli münasibətlərdə yeni müsbət səhifə açacağını bildirib.

Miq.Az xəbər verir ki, Qarqaş sosial şəbəkə hesabında Ərdoğanın səfəri ilə bağlı açıqlama verib.

"Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın Türkiyəyə səfərindən sonra Prezident Ərdoğanın BƏƏ-yə səfəri iki ölkə arasındakı ikitərəfli münasibətlərdə yeni müsbət səhifə açacaq”, - diplomat deyib.

O, bu səfərin regionun sabitliyi və rifahına yönəlmiş əməkdaşlıq körpülərini gücləndirmək meyllərinə uyğun olduğuna vurğulayıb:

"Türkiyə Prezidenti Ərdoğanın Əbu-Dabiyə səfəri də firavan gələcəyi təmin etmək üçün sadiq olduğumuz yola uyğundur”.

Ərdoğan əl-Nəhyanın dəvəti ilə fevralın 14-15-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək.

Prezident Ərdoğanın səfəri çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli əlaqələr bütün aspektlərdə dəyərləndiriləcək, əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az