"Ərdoğanın tərəfdarlarını öldürün" - ŞOK ÇAĞIRIŞ


Miq.az xəbər verir ki, İŞİD terror təşkilatı Türkiyədəki tərəfdarlarına çağrış edib.

 Türkiyənin "haberler.com" saytına istinadən verilən xəbərə görə, çağırışda prezident Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarının öldürülməsi qeyd edilir.

Silahlılar çağırışı ingilis və türk dillərindən başqa 8 dildə yayımlayıblar. Ərdoğana qarşı çağırış İŞİD silahlılarının nəzarətində yayımlanan Rumiyah adlı jurnalda dərc edilib.


İŞİD-ə məxsus jurnal

Əsas hədəfdə isə dövlət məmurları olacaq. "Ədalət və İnkişaf Partiyasının tərəfdarlarını öldürün. Ərdoğanın dətəkçilərinə, köməkçilərinə hücumlar edin. Küfür və şeytanın başçılarına hücumlar təşkil edin. Polisi, əsgəri, hakimi və şeytanın alimlərini öldürün”, -deyə çağırışda qeyd edilir.

 
İŞİD tərəfdarları 

Çağırışda İraq və Suriya sərhədlərində xidmət aparan türk əsgərləri də hədəf göstərilir.

"Ferrat Qalxanı əməliyyatında iştirak edən türk əsgərlərinə sərt münasibət göstərin. Türk əsgərində qarşı dözümlü olun və onların qarşısından çəkilməyin. Baxın kafir türk əsgəri sizə tərəf gəlir. Allahın gücü daha üstündür. Onun cəzası daha şiddətlidir. Onların qanı bir itin qanı qədər dəyərsizdir. Şiddətinizi onlara göstərin”,-çağırışın mətnində belə qeyd edilir.Missiya.az/
 
Miq.az
 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az