Erməni analitik: “Sarkisyan torpaqları qaytarır, biz müharibəni uduzmuşuq”

Erməni analitik: “Sarkisyan torpaqları qaytarır, biz müharibəni uduzmuşuq”

Serj Sarkisyanın Sankt-Peterburq görüşündən dərhal sonra işğal altında olan Azərbaycan torpaqlarına səfər etməsi Ermənistanda şok effekti yaradıb. 

Ermənistanın lragir portalının analitiki İqor Muradyan "Razvyazka yetişdi?” başlıqlı məqaləsində Sarkisyanın Xankəndinə səfərini Moskvadan verilən əmrlə əlaqələndirib. 

"Sarkisyan Rusiyadan gələndən sonra Qarabağa getdi. Demək həll edilməli məsələlər var. İllər ərzində Qarabağın təhvil verilməsi planını müzakirə edərək sonradan oranı təhvil verməmək mümkünsüzdür. Bu dünyada bu mümkünsüzdür. Hazırkı hakimiyyət dəfələrlə bəyan edib ki, bu torpaqlar bizə məxsus deyil. Görünür onlar torpaqların təhvil verilməsi üçün əlverişli məqam gözləyiblər. İndi bu rüsvayçı situasiyadan çıxış yolu varmı? Belə görünür ki, Rusiya onun tələbinin yerinə yetirilməyəcəyi təqdirdə bizə silah verməyəcək. İndi bizə məlum olur ki, Ermənistan rəhbərliyi siyasəti və iqtisadiyyatı elə qurmalı idi ki, biz məğlub olmayaq. Ancaq gecdir, çox gecdir. Biz müharibəni uduzmuşuq və bu tarixi məğlubiyyətdir”./Baku.ws/

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az