Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistanın nümayəndəsinin, İrs partiyasının sədri Raffi Ovannisyanın Asiya Ölkələri Siyasi partiyalarının Bakıda keçirilən toplantısında iştirakı ilə bağlı bəyanat yayıb. QAT-dan verilən məlumata görə, bəyanatda Ermənistanın nümayəndəsinin Azərbaycana səfəri yolverilməz hesab edilib: “Raffi Ovannisyanın səfəri heç bir ölçüyə sığmır. Bu partiya daim Azərbaycana qarşı həyasız bəyanatlarla çıxış edib, Ermənistan parlamentində bir neçə dəfə Dağlıq Qarabağdakı qondarma rejimin tanınması təklifləri və qanun layihələri ilə çıxış edib. Raffi Ovanisyan Bakıya gələn kimi də öz mövqeyini nümayiş etdirməkdən çəkinməyib, həyasız bəyanatlarla çıxış edib, Sumqayıtı erməni şəhəri hesab etdiyini, Dağlıq Qarabağın işğalı faktını rədd etdiyini bildirib. Biz öz tərəfimizdən işğalçı Ermənistanın həyasız nümayəndəsinin ölkəni dərhal tərk etməsi üçün bütün vasitələrdən istifadə edəcəyik”.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna gediblər.Vasitəçilər bu gün Xankəndidə separatçı rejimin rəhbəri Bako Saaakyanla görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər və regiondakı son vəziyyət müzakirə olunub. Həmsədrlər Dağlıq Qarabağdan İrəvana qayıdacaqlar. Onların Bakıya səfəri gələn həftəyə nəzərdə tutulur.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.